Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 09:27

Azərbaycan əsgəri həlak olub


Müdafiə Nazirliyi

Azərbaycan hərbi qulluqçusu Sultan Şahvələdov cəbhə xəttində həlak olub.

Bu barədə bu gün, iyunun 16-sı Müdafiə Nazirliyi məlumat yayıb:

«Ermənistan silahlı bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Sultan Şahvələdov həlak olub».

Müdafiə Nazirliyinin rəhbərliyi mərhum əsgərin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. 13 il öncə atəşkəs müqaviləsi bağlansa da, cəbhə xəttindən bəzən belə qara xəbərlər eşidilməkdədir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG