Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:29

16 ölkənin jurnalistləri Əfqan Muxtarlını müdafiə edir


Əfqan Muxtarlı məhkəməyə gətirilərkən

“Mayın 29-da həbs edilən araşdırmaçı jurnalist Əfqan Muxtarlının azad edilməsini istəyirik”.

16 ölkədən bir çox jurnalistin beynəlxalq ictimaiyyətə ünvanlanan müraciətində belə yazılır.

Jurnalistlər bildirir ki, Ə.Muxtarlının müəmmalı şəkildə Azərbaycana gətirilib həbs edilməsi sırf onun peşə fəaliyyəti ilə bağlıdır.

“Biz inanırıq ki, bu Azərbaycandakı korrupsiya olaylarını işıqlandıran jurnalistin susdurulması niyyəti daşıyıb”, – müraciətdə vurğulanır.

Buna da bax:​ Əfqan Muxtarlı beynəlxalq qurumlardan yardım istəyir

Müraciət müəllifləri hesab edir ki, Əfqan Muxtarlıya verilən ittihamlar absurddur. Onlar Gürcüstan hakimiyyətinin jurnalistlə bağlı olayı lazımı səviyyədə araşdırmadığını düşünürlər.

“İfadə azadlığına çirkin hücum baş verib, bunu görməzdən gəlmək yalnız utanc gətirəcək”, - müraciətdə yazılır.

Müraciəti Azərbaycan, Belarus, Gürcüstan, Estoniya, Fransa, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Ukrayna, ABŞ və Böyük Britaniyadan olan bir qrup jurnalist imzalayıb.

Buna da bax: Litvalı deputatlardan həbsdəki jurnalistlərə dəstək

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Buna da bax:​ Avropa Parlamenti Əfqan Muxtarlı ilə bağlı qətnamə qəbul etdi

Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG