Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 23:03

Trump yaralı konqresmenə baş çəkir


Steve Scalise

ABŞ prezidenti Donald Trump iyunun 14-də silahlı hücumda yaralanmış konqresmenə baş çəkib. İnsidentin siyasi motivli olması üzə çıxdığından, prezident xalqı vəhdətə çağırıb.

Silahlı Nümayəndələr Palatasında vəzifəcə üçüncü respublikaçı sayılan Steve Scalise-ə atəş açıb. Vaşinqtondan kənarda yerləşən beysbol meydançasında bir neçə başqa şəxs də hücuma məruz qalıb.

Silahlının keçmişdə respublikaçılara qarşı sərt mövqe tutduğu bildirilir.

66 yaşlı James T.Hodgkinson polis tərəfindən güllələnib. O, «Respublikaçılar Partiyasının kökünü kəsin» adlı qrupun üzvü olub. Ötən il demokratlardan namizəd Bernie Sanders-in kampaniyasına könüllü kimi qatılıb.

Trump və Birinci ledi Melania Trump xəstəxanada Scalise-in yanında yarım saat qalıblar. Konqresmenin durumu ağırdır və daha bir əməliyyat keçirəcək.

Trump polisin davranışını alqışlayıb, amerikalıları siyasi fərqlilikləri kənara qoyaraq birləşməyə çağırıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG