ABŞ prezidenti Donald Trump bildirib ki, Virciniya ştatında bir qrup konqresmenə silahlı hücumla bağlı vəziyyəti diqqətlə izləyir.
Prezident bu insidenti “faciə”adlandırıb.
“Vitse-prezident Mayk Pensvə mən insidentdən xəbərdarıq və vəziyyəti yaxından izləyirik. Bu faciədən dərin məyus olmuşuq”,Trump yazılı bəyanatında deyir.
NBS News-in məlumastına görə, insident konqresmenlər Aleksandriya şəhərindəki beyspol meydanında məşq edərkən baş verib.
Nəticədə bir neçə nəfər xəsarət alıb.
Onlardan biri Respublikaçılar partiyasından olan konqresmen Stiv Skaliz-dir.
Güllə onun ayağına dəyib.
Polis 1 nəfər şübhəlinin saxlandığını xəbər verir.
O, azı 20 dəfə atəş aça bilib.
Hücumun motivi hələ ki, bəlli deyil,istintaq gedir.