Keçid linkləri

2017, 24 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:05

Səfirlik Əfqan Muxtarlı işini izləyir


Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze

Gürcüstanın Azərbaycandakı səfirliyi həbsdəki jurnalist Əfqan Muxtarlının işini diqqətlə izləyir.

Bu haqda “Turan” Agentliyinə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Səfirliyin əməkdaşı Əfqan Muxtarlının işindən və onun səfir Teymuraz Şaraşenidze ilə görüşmək istəyindən xəbərdar olduqlarını ifadə edib.

Buna da bax:​ Əfqan Muxtarlının şikayətinə baxılacaq

Əfqan Muxtarlının bu istəyinin yerinə yetirilib-yetirilməyəcəyinə gəlincə, əməkdaş bildirib ki, hazırda səfir Gürcüstandadır.

“O Azərbaycana gələn həftə qayıdacaq. Görüşlə bağlı məsələyə də səfirin geri dönməsindən sonra aydınlıq gətirilə bilər”, - səfirlikdən bildiriblər.

Ə.Muxtarlı ilə iyunun 6-da təcridxanada görüşmüş vəkili Elçin Sadıqov jurnalistin Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşmək istədiyini açıqlamışdı.

“Ə.Muxtarlı oğurlanaraq Azərbaycana gətirilənədək müvəqqəti yaşadığı ölkənin səfirinin onunla görüşməsini xahiş edir”, – deyən vəkil tezliklə belə bir görüşün baş tutmasından ötrü hüquqi vasitələrdən də istifadə edəcəklərini bildirmişdi.

Buna da bax:​ Xanımı: 'Əfqan Muxtarlının məsələsi Gürcüstan cəmiyyətindən asılıdır'

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlarının bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Həmin qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Buna da bax:​ Avropa liberallarından Əfqan Muxtarlıya dəstək

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG