Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 18:16

AB Azərbaycanda kənd təsərrüfatına dəstək verəcək


Azərbaycan-AB

2017-ci ildə Avropa Birliyi (AB) Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək üzrə yeni proqram həyata keçirəcək.

Bu sözləri Avropa Birliyinin Şərq Qonşuluğu üzrə direktoru Lawrence Meredith iyunun 8-də Bakıda keçirilən Azərbaycan-Avropa Birliyi biznes-forumunda deyib.

O bildirib ki, AB Azərbaycanla əməkdaşlıqdan məmnundur. Yalnız Bakı ilə yox, Azərbaycanın regionları ilə də proqramlar həyata keçirmək niyyətindədirlər. Buna kənd təsərrüfatının inkişafı ilə bağlı proqramlar daxildir.

O, həmçinin vurğulayıb ki, AB Azərbaycana ən böyük sərmayə qoyan tərəfdir. Söhbət 7 milyard avro birbaşa investisiyadan gedir. L.Meredith deyib ki, bu rəqəmdən 2.5 milyard avro qeyri-neft sektoruna yönəlib.

+++

«Azərbaycanla Avropa Komissiyası arasında «Strateji tərəfdaşlıq haqqında saziş» hazırlanır. Artıq Avropa Birliyi (AB) Avropa Komissiyasına danışıqlar aparmaq hüququ verib».

Bunu Avropa Birliyi-Azərbaycan III biznes-forumunda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

AZƏRTAC-ın xəbərinə görə, nazir deyib ki, son 10 ildə AB ölkələrinin Azərbaycana yatırdığı investisiyalar ümumi investisiyaların 46 faizini təşkil edir:

«Təkcə qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi 3 mlrd. dollar civarındadır. Bu da ümumi investisiya portfelinin 35 faizi deməkdir».

Ş.Mustafayev vurğulayıb ki, «Şahdəniz» layihəsi üzrə işlərin 93 faizi yekunlaşıb:

«Cənubi Qafqaz Dəhlizi üzrə işlərin 72 faizi, TANAP layihəsi üzrə 70 faizi, TAP layihəsi üzrə isə işlərin 42 faizi yekunlaşıb».

Cənub Qaz Dəhlizi layihəsi «Şahdəniz» qazının Avropaya nəqlini nəzərdə tutur. TANAP (Trans Anadolu Qaz Kəməri) və TAP (Trans Adriatik Qaz Kəməri) onun tərkibidir.

Forumda Avropa Birliyi ölkələri və Azərbaycandan olan şirkətlər bir araya gəlib. Panel müzakirələrdə iqtisadi islahatlar, kənd təsərrüfatı, texnologiyalar, nəqliyyat, logistika və İnformasiya Kommunikasiya Texnologiyaları məsələlərinin nəzərdən keçirilməsi planlaşdırılıb.

Bakıda Avropa Birliyi - Azərbaycan Biznes Forumu sonuncu dəfə 2016-cı il mayın 18-də keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG