Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:36

Gürcüstan müstəntiqləri Əfqan Muxtarlını dindirmək istəyir


«Jurnalist Əfqan Muxtarlının işi üzrə 100-dən çox insan dindirilib, müşahidə kameralarından 100-dən çox görüntü götürülüb».

Bu barədə Gürcüstan parlamentində əksəriyyətin lideri Archil Talakvadze iyunun 7-də bildirib.

A.Talakvadze deyib ki, istintaq hadisədən dərhal sonra başlayıb.

«Məhkəmə hökmü ilə 30-dan çox videokameradan görüntülər götürülüb. 100-dən çox insan dindirilib və bu proses davam edir. Gürcüstan həmçinin, Azərbaycan tərəfə müraciət edib və Muxtarlını bizim müstəntiqlərin dindirməsinə şərait yaradılmasını xahiş edib. Bu dindirmənin protokolu işə əlavə edilməlidir», - deyə Talakvadze bildirib.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Həmin qərardan verilən apellyasiya şikayəti təmin edilməyib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG