Keçid linkləri

2017, 23 İyun, Cümə, Bakı vaxtı 05:45

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan hakimiyyətin dəyişməsi üçün siyasətdə qalacağını deyir.

Bu barədə iyunun 7-də Azadlıq Radiosunun Ermənistan xidməti məlumat verir.

O, həmçinin parlamentdən kənarda hadisələrin inkişafının fors-major vəziyyətə aparmasının mümkünlüyünü istisna etməyib.

“Əvvala deyim ki,mən bu müddət ərzində Ermənistanda olmuşam .Ermənistandan bir neçə günlük kənarda olmuşam. Kütləvi informasiya vasitələrinin mənin Ermənistanda olmamağım, təyinat almağım və s barədə yaydıqları məlumatlar doğru deyil. Çünki mən uzun illər, 38 il vətənimə xidmət eləmişəm, həyatımı burda keçirmişəm. Və vətənə xidmət üçün ictimai fəaliyyətimi davam etdirəcəm.

Bunun forması, üsulu və prinsipləri barədə isə əlbəttə ki, qərar qəbul etdikdən sonra açıqlama verəcəm”, deyə o, radioya müsahibəsində bildirib.

Ohanyan siyasətdə qalacağını bildirib və qeyd edib ki, Ermənistanın daxilində və xaricində baş verən hadisələrdən kənarda qala bilməz.

Qeyd edək ki, Seyran Ohanyan aprelin 2-də ölkədə keçirilən pparlament seçkisində müxalifət kimi mübarizə aparan “Ohanyan-Raffi-Oskabyan” blokunun rəhbəridir.

Xatırladaq ki, blok həmin seçkilərdə parlamentə düşə bilməyib.

Amma Ohanyan deyir ki, indiki parlament xalqın iradəsini əks etdirmir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG