Keçid linkləri

2017, 26 İyun, Bazar ertəsi, Bakı vaxtı 16:16

AB səfirləri Krıma sanksiyaları daha bir il uzatdılar


AB bayrağı

İyunun 6-da Avropa Birliyinə üzv ölkələrin səfirləri birliyin Krıma sərmayə yatırmasına qadağanın müddətini daha bir il uzadıblar.

AB xarici işləri nazirlərinin iyunun 19-da Lüksemburqda görüşərkən bu qərarı təsdiqləyəcəkləri gözlənir.

Sanksiyalar 2014-cü ildə, Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra qoyulub və o vaxtdan hər il uzadılıb.

Qadağa Krımdan Ukrayna sertifikatı olmayan məhsulların AB ərazisinə buraxılmasını, AB şirkətlərinə Krımda daşınmaz əmlak, digər sərvət əldə edilməsini, AB üzvü olan ölkələrin bayraqlarını daşıyan səyahət gəmilərinin Krıma səfərlərini yasaqlayır.

Krıma nəqliyyat, telekommunikasiya, enerji sektorlarında istifadə oluna biləcək məhsul və texnologiyanın ixracı da yasaqlanıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG