Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 04:55

İyunun 6-da cənub rayonlarında əsən güclü külək və leysan yağışlar problemlərə səbəb olub. Bunu rayonların sakinləri bildiriblər.

Verilən məlumatlara görə, güclü külək Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətinə problemlər törədib.

Adıçəkilən yolun müəyyən hissələrində irigövdəli ağacların kökündən qoparaq yolun hərəkət hissəsinə düşdüyü söylənir

Lerik rayonunda isə leysan yağış elektrik enerjisi verilməsində problem yaradıb. İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada qəza baş verdiyi deyilir.

Bundan başqa, rayonun bəzi ərazilərinə dolu düşüb. Dolunun taxıl zəmilərinə və meyvə ağaclarına ziyan vurduğu açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG