Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 05:25

'Amnesty International'ın rəhbəri Türkiyədə saxlanıb


Amnesty International

İyunun 6-da Türkiyədə «Amnesty International» hüquq-müdafiə təşkilatının rəhbəri saxlanıb. O, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-lə əlaqələri olmaqda şübhəli bilinir.

Polis Taner Kılıç və 22 hüquqşünası İzmirdə saxlayıb.

Ankara Gülen-i ötənilki çevriliş cəhdinin arxasında durmaqda ittiham edir, Gülen-sə bunu danır.

Ötənilki iyul hadisələrindən sonra hüquq-mühafizə orqanları 50 min nəfəri həbs edib, 150 min nəfər işdən çıxarılıb. Onların içində hərbçilər, polis, müəllimlər, dövlət qulluqçuları var. Hamısı çevriliş cəhdinə bağlılıqda suçlanır.

«Taner Kılıç məhz Türkiyə hakimiyyətinin indi tapdaladığı azadlıqları illərdir müdafiə edir», – «Amnesty»nin baş katibi Salil Shetty deyib.

Tənqidçilərin fikrincə, prezident Recep Tayyip Erdoğan çevriliş cəhdindən narazıları susdurmaq, opponentlərinin təqibindən ötrü istifadə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG