Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:30

Böyük psixoloq, psixoanalizin banisi Ziqmund Freyd (Sigmund Freud) tarixdə ən ziddiyyətli və nüfuzlu şəxsiyyətlərdən biridir. Freudun psixoseksual mərhələlər və psixoanaliz nəzəriyyəsi sahəsində yazdığı əsərlər onu məşhurlaşdırıb.

Dahi psixoloq və psixoanalitik haqda 20 maraqlı faktı diqqətinizə çatdırırıq.

1) Ziqmund Freydin tam adı Sigmund Schlomo Freud-dur.

2) Freyd Avstriya nevroloqudur. Ancaq o, Moraviyanın Frayberq şəhərində doğulub. Moraviya bu günkü Çexiyada yerləşir. Onun dörd yaşı olanda ailəsi Avstriyaya köçüb və nasistlər Avstriyanı tutana qədər orada yaşayıb.

3) Valideynləri Ziqmundu dərslərini səylə oxumağa həvəsləndirirdilər. Digər uşaqlar dərslərini şam işığında oxuyurdularsa, Sigmundun özünün ayrıca otağı və nöyüt lampası var idi.

4) Uşaqlıqda o həmişə anasının ən sevimli övladı olduğunu düşünür, özünü "Qızıl Siggie” adlandırırdı. O hesab edirdi ki, onun nikbinliyi, özünə əminliyi və başqa müsbət keyfiyyətləri anasından aldığı xüsusi sevgi ilə bağlıdır.

5) Ziqmund Freyd latın, yunan, fransız, ingilis, italyan, ispan, qədim ivrit və alman dillərini bilirdi.

6) Freyd ixtisasca həkim olsa da, heç zaman həkim olmaq istəməmişdi. O, alim olmaq istəyirdi. Tibb sahəsinə də sadəcə tədqiqat aparmaq məqsədilə gəlmişdi.

7) Freydin ilk elmi məqaləsi çay ilan balıqlarında cinsi fərqlərin müəyyən edilməsinə həsr edilmişdi. Bu tədqiqat ona fiziologiya sahəsində də hörmətli yer qazandırıb.

8) Hazırda hamımıza məlum olan "uşaq serebral iflici" termini məhz Freydə məxsusdur.

9) Tibb fakültəsinin tələbəsi olduğu dövrdə Freyd o dövrdə hələ qeyri-qanuni sayılmayan kokainlə bağlı tədqiqat apararaq onun sağlamlığa faydası haqda məqalə dərc edir. Məqalədə o, kokaini möcüzəli dərman adlandırır.

10) Freydin bu məqaləsindən sonra bir çox insan kokaindən istifadə etməyə başlayır. Nəticədə Avropa və Amerikada kokain epidemiyası başlayır. Bu onun nüfuzuna xələl gətirir. Freudun özü narkotikə yaxın durmamaq üçün çox çalışmalı olub.

11) Sigmund Freyd altı il ərzində kokaindən asılı olub.

12) Özəl praktikasına yeni başladığı vaxtlarda Freyd sinir pozğunluqlarından əziyyət çəkən xəstələrini müalicə etmək üçün hipnozdan istifadə edirdi. O, hipnoz sənətini Jan Şarkotdan (Jean Charcot) öyrənmişdi. Ancaq hipnozun verdiyi nəticələr onu qane etmədiyinə görə, o, Jozef Broerlə (Joseph Breuer) birlikdə hazırda psixologiyada "sərbəst assosiasiya" adlanan üsulu işləyib hazırlayıb. Azad assosiasiya texnikasında xəstələr ağıllarına gələn şeyləri danışırlar. Freyd bu üsulun hipnozdan daha effektiv olduğuna inanırdı.

13) «İsteriyanın tədqiqi» (1896) əsərinin nəşri psixoanalizin doğum günü hesab olunur.

14) Ziqmund Freyd nevrozların seksual etiologiyasını kəşf etdiyinə görə onu şarlatan və seksual manyak adlandırırdılar. O, seksual münaqişələrə daha çox önəm verirdi. O hesab edirdi ki, erkən travmatik seksual təcrübələr yetkinlik yaşında nevrotik davranışa yol açır.

15) 1923-cü ildə Freyddə damaq xərçəngi aşkar olunur. Sonradan o bu xəstəliyə görə düz 33 əməliyyat keçirməli olur.

16) Freud yaxşı yazıçı idi. 1930-cu ildə o ən nüfuzlu ədəbiyyat mükafatlarından birinə - Frankfurt am Main şəhərinin Höte mükafatına layiq görülüb.

17) Nasist almaniyasında Ziqmund Freydin əsərləri yandırılırdı. Freyd bununla bağlı belə deyirdi: «Görün biz nə böyük inkişafa nail olmuşuq! Orta əsrlərdə onlar mənim özümü yandırardılar, ancaq bu günümüzdə onlar sadcə mənim kitablarımı yandırmaqla kifayətləniblər».

18) Ziqmund Freyd yalnız ABŞ prezidenti Franklin Delano Roosevelt və Fransa şahzadəsi Maria Bonaparte-ın vasitəçiliyi ilə nasist almaniyasını tərk edə bilib.

19) Nasistlər Freyddən tələb edirlər ki, Gestapoda (nasist Almaniyasında gizli dövlət polisi) onunla yaxşı davranıldığı barədə ərizə yazsın. Freyd bu tələbə cabab olaraq soruşur: «Olarmı əlavə edim ki, mən gestaponu hər kəsə ürəkdən tövsiyyə edirəm?»

20) 83 yaşı olanda Freyd dəhşətli ağrılardan qurtulmaq üçün öz həkimindən ona ölümcül dozada morfi vurmasını xahiş edir.

Sənin fikrin

Şərhləri göstər

XS
SM
MD
LG