Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 09:25

Rusiya ABŞ-ın bombardmançı təyyarəsinin sərhəddən uzaqlaşdırıldığını deyir


B-52 təyyarəsi

Rusiyanın Su-27 qırıcı təyyarələri ABŞ-ın B-52 bombardmançı təyyarəsini tutmaq üçün Baltik dənizində səmaya qalxıb.

Bu barədə iyunun 6-da RİA Novosti agentliyi Rusiyanın müdafiə nazirliyinə istinadla xəbər yayıb.

Neytral zonada uçan təyyarəsəhər saat 10 radələrində aşkar edilib.

Təhlükəsiz məsafədə təyyarəyə yaxınlaşan Su-27-nin heyət üzvləri onun B-52 təyyartəsi olduğunu müəyyən ediblər.

B-52 təyyarəsi Rusiya sərhədindən uzaqlaşmayınca qırıcı onu müşaiyət edib və sonda daimi yerləşdiyi aerodroma dönüb.

Tallin bundan əvvəl strateji bombardmançı B-1 bə B-52 təyyarələrinin NATO-nun Estoniyada keçiriləcək təlimlərinə qatılacaqları barədə məlumat vermişdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG