Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:32

Əfqan Muxtarlının şikayəti təmin edilmədi


Bu gün, iyunun 6-sı Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının həbsindən verilən şikayətə baxılıb. Şikayət təmin edilməyib.

Bu barədə jurnalistlərə prosesdən sonra vəkil Osman Kazımov məlumat verib:

«Məhkəmə bunu Azərbaycansayağı bir cümlə ilə ifadə etdi. Dedilər ki, apellyasiya şikayəti təmin edilmədi. İş Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə verilib. Əfqan Muxtarlının əhvalı yaxşıdır. Geniş izahat verdi. Yenə dedi ki, onu Gürcüstanda tutublar. Tutularkən işgəncəyə məruz qalıb. Azərbaycan sərhədində isə cibinə 12 min avro qoyublar».

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG