Keçid linkləri

2017, 17 Dekabr, bazar, Bakı vaxtı 06:34

Şimal və qərb rayonlarında yağıntı gözlənir


Yağış

İyunun 7-si Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Ancaq səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə 16-19, gündüz 26-31, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacaq.

Ölkənin bəzi rayonlarında da yağıntının olmayacağı bildirilir. Ancaq ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Üstəlik, dolu düşəcəyi ehtimalı var. Gecə 15-20, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG