Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 17:59

İyunun 6-sı Əfqan Muxtarlının məhkəməsi olacaq


Əfqan Muxtarlı

Jurnalist Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbirinin seçilməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsi baxacaq.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil deyir ki, jurnalist barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar əsaslı deyil.

“Biz şikayətimizdə həmin qərarın ləğv edilməsini tələb etmişik. Ədalətli məhkəmə baxışı olarsa, həmin qərar ləğv edilməlidir”, – vəkil bildirib.

Buna da bax:​ ‘Həyat yoldaşımın oğurlandığı ölkənin vətəndaşı olmaram’

Apellyasiya şikayəti İlqar Murquzovun sədrlik etdiyi heyətin icraatına verilib. Şikayətə sabah, iyunun 6-da saat 12:30-da baxılmalıdır.

Xatırlama

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Buna da bax:​ Gürcü fəallar Əfqan Muxtarlıya görə hökümətdən hesabat tələb edir

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG