Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 23:29

İŞİD London teraktının məsuliyyətini üzərinə götürdü


«İslam Dövləti» (İŞİD) yaraqlıları London «Bridge» dəmiryolu qovşağındakı terror hücumuna görə məsuliyyəti üzərinə götürüb. Həmin hücumda 7 nəfər ölüb, onlarla yaralı var.

«Dünənki London hücumunu İŞİD döyüşçülərinin bölümü həyata keçirib». Bunu «Reuters» və AFP xəbər agentlikləri iyunun 4-də İŞİD-in «Amaq» saytına istinadla yazıblar. «Amaq» İŞİD-in əsas ruporu sayılır.

Britaniya polisi iyunun 4-də bildirib ki, Londonun şərqində Barkinq adlanan rayonda 12 nəfəri saxlayıb. Saxlananların adları açıqlanmasa da, yeddisinin 19-60 yaşlı qadın, beşinin 28-55 yaşlı kişi olduğu açıqlanıb. «Sky News» kişilərdən birinin buraxıldığını yazıb.

Hücum zamanı avtofurqon piyadaların üstünə sürülüb. Yaxınlıqdakı «Borough Market» deyilən yerdə isə furqondan 3 nəfər düşüb və bir neçə nəfəri bıçaqlayıblar. Həmin 3 nəfər güllələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG