Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 11:34

ABŞ Venesuelaya qarşı sanksiyaları nəzərdən keçirir


Donald Trump

ABŞ rəhbərliyi Venesuelanın neft sektoruna mümkün sanksiyaları nəzərdən keçirir.

Bu barədə iyunun 4-də Reuters agentliyi Ağ evin adının çəkilməsini istəməyən rəsmisinə istinadla xəbər verir.

Mənbənin dediyinə görə söhbət Venesuelanın nəhəng “Petroleos de Venezuela SA” (PDVSA) neft şirkətindən gedir və sanksiyalara səbəb kimi şirkətin korrupsiyalaşması və dolayısı ilə insan haqlarını pozması göstərilə bilər.

Əgər sanksiyalar tətbiq edilsə Venesueladan neft idxalı və PDVSA şirkətinin ABŞ-da fəaliyyəti tamamilə qadağan ediləcək.

Amma ABŞ hökuməti variantlara baxsa da hələlik, belə bir qərar qəbul etməyib.

Mənbənin məlumatına görə, prezident Trump-ın köməkçilərinə sanksiyalarla bağlı tövsiyə hazırlamaq tapşırılıb.

Həmçinin ABŞ hökuməti Venesuelanın bir sıra yüksək səlahiyyətli rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Vaşinqton həmin şəxsləri korrupsiya, qanunsuz narkotik dövriyyəsi və siyasi repressiyalarla bağlılıqda ittiham edir.

Qeyd edək ki, Venesuela hazırda dərin iqtisadi və siyasi böhran yaşayır.

Artıq bir neçə aydır ki, ölkədə Madura hakimiyyətinə qarşı kütləvi nümayişlər keçirilir.

Bu müddət ərzində baş verən toqquşmalarda azı 60 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG