Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 11:43

" İslamiadanın təhlükəsizlik tədbirləri ilə bağlı Azərbaycanda müvəqqəti internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə ("Skype", "Viber", "WhatsApp" ). məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində çətinliklər yaradıb”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı açıqlamada belə deyilir.

Nazirlik bildirir ki, İslamiada dövründə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib.

“Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər”, nazirlik bildirib.

Xatırlatma

Bu il mayın 12-dən 22-nə kimi Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Ancaq son aylar “Skype”, “WhatsApp”, “Viber” kimi messencerlərin səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaranmışdı.Həmin messencerlərin imkanlarından pulsuz yararlanan ölkə sakinləri və xaricidə olan azərbaycanlılar isə bundan narazılıqlarını gizltmirdilər. Azərbaycan İnternet Formun prezidenti Osman Gündüz isə bu günlər bildirmişdi ki, əgər bu beynəlxalq yarışlarla bağlı təhlıükəsizlik məqsədi ilə yaradılırsa, həmin tədbirlərdə, artıq çoxdan arxada qalıb.Ekspert bu məsələdə bəzi qüvvələrin maddi maraqlar güddüyünü də ehtimal edirdi .Ancaq bir aydan çox idi ki, rəsmi qurumlar bu barədə susurdular.

Günün bütün mövzuları

XS
SM
MD
LG