İyunun 4-dən 6-na kimi Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Buna da bax: SOCAR aldıqlarını açıqlayır, amma yenə də qanunu pozur
Məlumata görə, məhdudiyyət “Qaz İxrac” İdarəsinin balansında olan “Astara-Qazıməmməd” və “Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi, cari təmir işləri ilə əlaqədardır.
"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli davranmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.