Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:52

'Hakimiyyətin paşayevlərə keçməsi elə də asan olmayacaq' [video]


Prezidentin komandasında nə dəyişir?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Prezidentin komandasında nə dəyişir? [A-Live]

Prezident Administrasiyanın strukturu ilə bağlı axırıncı dəyişikliyi təhlil edənlər bir məqamın üzərində dayanırlar.

Əvvəllər şöbə müdirləri yalnız administrasiyanın rəhbəri Ramiz Mehdiyevə tabe idilərsə, iyunun 1-də verilən qərarla onlar həm də prezidentin köməkçisidirlər və həm də prezidentə tabedirlər.

Təhlilçilər bunun hakimiyyət daxilində qruplaşma prosesinin tərkibi, başqa sözlə, Ramiz Mehdiyevin təsir dairəsinin qismən də olsa, zəiflədilməsi kimi izah edirlər.

Buna da bax:​ Prezident administrasiyası yeniləndi

Məsələn, Azərbaycan Respublikasının Avropa Şurası yanındakı Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov bu barədə deyir:

Arif Məmmədov
Arif Məmmədov

"İndiyə qədər onlar həm də Prezident Aparatının rəhbərinə məruzələr edirdilər. Artıq buna ehtiyac yoxdur, artıq bu insanlar birbaşa öz sahələri üzrə məlumatları prezidentə verə bilərlər. İndi administrasiyanın rəhbəri təlimat verəndə, prezidentin köməkçisi deyə bilər ki, mən prezidentin tabeliyindəyəm".

Bəzi insanların bu strukturda vəzifələri ixtisara salınıb, yerdə qalanlar isə eyni insanlardır.

Buna da bax:​ ‘Əliyevlər yoxdur artıq, paşayevlər var...’

Yeni dəyişikliklərdə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Onun müavinləri postları yeni sərəncamda yoxdur. Əvvəlki müavinlər indi prezidentin köməkçisi təyin olunublar. Əvvəllər prezidentin 2 köməkçisi var idisə, indi 10 köməkçisi olacaq.

Prezident sarayı
Prezident sarayı

Beləliklə:

  • Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi: şöbə müdiri Fuad Ələsgərov;
  • Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri: Novruz Məmmədov;
  • Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Həsənov;
  • Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri: Əli Əsədov;
  • Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri: Natiq Əmirov;
  • Prezident Katibliyinin rəisi - prezidentin köməkçisi: Dilarə Seyidzadə;
  • Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri: Azər Əmiraslanov;
  • Prezidentin ərazi-təşkilati məsələləri üzrə köməkçisi - şöbə müdiri: Zeynal Nağdəliyev;
  • Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri: Yusuf Məmmədəliyev və birinci vitse-prezidentin katibliyinin rəisi Altay Həsənov təyin olunub.

Buna da bax:​ Vitse-prezident təyin edilməsindən 100 gün keçir [video]

Yusuf Məmmədəliyev Administrasiyada yeni addır. Yerli media, o cümlədən, virtualaz.org onun Heydər Əliyev Fondunun keçmiş əməkdaşı olduğunu yazır.

“Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev deyir ki, bütünlükdə ölkə idarəçiliyində yeni komandanın formalaşması gedir. Özü də Mehriban Əliyevanın ətrafında:

Mehman Əliyev
Mehman Əliyev

“Bu dəyişikliklər təkcə rəsmi dairələrdə baş vermir, həm də biznes dairələrində baş verir. “Paşa holdinq” və sairə yeni adamlar gətirilir. Onlar sınaqdan çıxarılandan sonra dövlət strukturlarına gətirilə bilərlər”.

Buna da bax:​ Paşayeva – 1-ci xanımın qızlıq familiyasıdır... [video]

Biz Bakı sakinlərinin də münasibətini öyrənmişik. Onlardan soruşmuşuq ki, sizcə, İlham Əliyevin ətrafında kimlər olsun?

Prezidentin komandasında kimlər olsun?
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

Keçmiş səfir Arif Məmmədov hesab edir ki, hakimiyyətin Paşayevlərə keçməsi bu qədər də asan olmayacaq. Çünki illərdir ki, hakimiyyətdəki insanlar bir-birlərinə qohumluq əlaqələri və sairlə sıx bağlanıblar.

Buna da bax:​ Paşayevlərin 'Retro' qrupuna daxil şirkətlərin ləğvi başa çatıb

Prezidentin köməkçisi Əli Həsənov “Yeni Müsavat” qəzetinə iyunun 1-də müsahibəsində deyib ki, bu dəyişikliklər yeni situasiyaya və çağırışlara uyğundur, ölkənin ali icra orqanının fəaliyyətində çevikliyə nail olmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu, səmərəli mexanizmdir və özünü təsdiq edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG