Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 21:48

Xəzərin statusu ilə bağlı növbəti müzakirə


Xəzər dənizi

Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə İşçi Qrupunun iyunun 1-i və 2-də 49-cu iclası keçirilib.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Türkmənistanın paytaxtı Aşqabadda keçirilmiş iclasda Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov iştirak edib.

Buna da bax:​ Xəzərin statusu ilə bağlı danışıqlar...

İclasın sonunda birgə ümumi sənəd qəbul olunub. Müzakirələrin davam etməsi zəruri sayılıb. Növbəti görüşün İranda keçirilməsi barədə qərar verilib.

Xəzərin statusu ilə bağlı məsələ karbohidrogen ehtiyatlarının istifadə olunması ilə bağlı gündəliyə gəlib. 1997-ci ildə Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsi məsələsində razılığa gəliblər. Ancaq Azərbaycanın Türkmənistan və İranın mövqeləri fərqlənir. Onlar Xəzərin bərabər şəkildə bölünməsində israr edir. Azərbaycan isə SSRİ ilə İran və keçmiş müttəfiq Respublikalar arasındakı bölgünü əsas götürür.

Günün bütün mövzuları

XS
SM
MD
LG