Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:11

Xəzərin statusu ilə bağlı danışıqlar...


Xəzər dənizi

Xəzəryanı dövlətlərin əməkdaşlığından ötrü hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə sahəvi saziş layihələri üzrə müzakirələr aparılır.

APA-nın xəbərinə görə, bu barədə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupun Bakıda keçirilən iclasında qrupun Azərbaycan üzrə sədri, xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

X.Xələfov deyib ki, Azərbaycan bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edir: «Lakin müvafiq Konvensiyanın qəbul edilməsinə qədər Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə biləcək hər hansı sənəd layihəsinin müzakirəsini məqsədəuyğun hesab etmirik».

+++

Yanvarın 25-i Bakıda Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupun növbəti iclası keçirilir.

«Report»un xəbərinə görə, iclasın gedişində iştirakçılar Xəzərin hüquqi statusu haqqında Konvensiyanın razılaşdırılmamış müddəalarını müzakirə edirlər.

Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilir.

Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar 1997-ci ildən başlayıb.

Danışıqlarda tərəf olaraq Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran iştirak edir. Birinci üç dövlət Xəzərin orta xətt üzrə bölgüsü haqda razılaşıblar və sərhədlər, əsasən, müəyyən edilib. İran və Türkmənistan isə Xəzərin 5 bərabər hissəyə ayrılması məsələsində israr edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG