Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 23:55

Trump administrasiyası səyahət qadağasının bərpasını istəyir


ABŞ Ədliyyə Departamenti

Trump administrasiyası ABŞ Ali Məhkəməsindən xahiş edib ki, altı müsəlman ölkəsindən gələnlərə müvəqqəti səyahət qadağasını dərhal bərpa etsin. Administrasiya bunun Birləşmiş Ştatlardan ötrü daha təhlükəsiz olacağını deyir.

ABŞ Ədliyyə Departamenti iyunun 1-də Ali Məhkəməyə təcili müraciət göndərib, bildirib ki, Virciniya apellyasiya məhkəməsi Trump-ın fərmanına qarşı qərar çıxararkən bir neçə səhvə yol verib.

Administrasiyanın istəyinin yerinə yetirilməsindən ötrü Ali Məhkəmənin 9 hakimindən azı altısı onu dəstəkləməlidir.

Ötən həftə apellyasiya məhkəməsi səyahət qadağasının əleyhinə qərar çıxarıb.

Martın 6-da imzalanmış fərmanın icrasını ABŞ məhkəmələri müvəqqəti dayandırıb. Həmin fərmanla İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən səyahətçilərə, eləcə də bütün qaçqınlara ABŞ-a giriş müvəqqəti yasaqlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG