Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 21:41

Azad iqtisadi zonaların yaradılması sürətləndirildi


İ.Əliyev

Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə qərar verilib. Bununla bağlı dövlət başçısı İlham Əliyev mayın 31-də sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, xarici investisiyaların cəlb edilməsi iqtisadiyyatın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyası və əhalinin məşğulluğuna böyük töhfə verə bilər.

Fərmana əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə İşçi qrup tərkibi yaradılıb və Milli Məclisin sədr müavini Valeh Ələsgərov onun sədri təyin edilib.

Ötən il martın 17-də prezident İlham Əliyev «Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında» Sərəncam imzalayıb.

Həmin sərəncam Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması məqsədini daşıyır.

Azad ticarət zonası ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG