Rusiyanın hərbi gəmiləri mayın 31-də Aralıq dənizindən “İslam dövləti” qrupunun Suriyadakı mövqelərinə 4 qanadlı raket buraxıb.
Rusiya müdafiə nazirliyinin məlumatına görə, zərbələr Palmira şəhərinin şərqinə endirilib.
Məlumata görə yaraqlılar həmin əraziyə Raqqadan ağır texnika və canlı qüvvə toplayıbmış.
“Kalibr” tipli qanadlı raketlər “Admiral Essen” gəmisi və “krasnodar” sualtı qayığından buraxılıb.
Rusiyanın müdafiə nazirliyi bu barədə əvvəlcədən Birləşmiş Ştatlar,Türkiyə və İsrailə məlumat verildiyini bildirir.