Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 01:01

Yağış, külək, dolu gözlənilir


Yağış

İyunun 1-i Bakı və Abşeron yarımadasında havanın arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq.

Şimal-qərb küləyinin əsəcəyi, arabir də güclənəcəyi bildirilir.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG