Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:30

Mayın 31-i Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 15-17, gündüz 24-29, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti olacaq.

Ölkənin bir sıra rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Nazirlik bildirir ki, qeyri-sabit hava şəraiti iyunun 3-ü axşama kimi davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG