Mayın 30-u Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1.7020 səviyyəsində formalaşıb.
Bu gün, mayın 30-u rəsmi məzənnəyə görə də, 1 ABŞ dolları 1.7020 manata bərabər olmuşdu.
Son iki ayda keçirilən hərraclarda manat dollara nisbətən ümumən dəyər qazanıb.