Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Fevral, çərşənbə, Bakı vaxtı 23:06

Keçmiş müstəntiqin kassasiya şikayətinə baxılacaq


Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Həbs olunmamışdan az öncə Rüfət Səfərovun Azadlıq Radiosuna dedikləri

İyunun 20-də həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun kassasiya şikayətinə baxılacaq.

Bunu R.Səfərovun vəkili Bəhruz Bayramlı bildirib. Vəkil vurğulayıb ki, şikayətə Ali Məhkəmədə baxılacaq.

R.Səfərov 2015-ci il dekabrın 20-də ölkədə qanunsuzluqların baş verdiyini bildirərək, Zərdab rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. İstefanın ardınca həmin prokurorluqda yoxlama və onun yaşadığı kirayə mənzildə axtarış aparılıb. Ötən il yanvarın 15-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvətalma) maddəsi ilə ittiham irəli sürülüb və R.Səfərov həbs olunub. Bir həftə sonra - yanvarın 22-də Binəqədi rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin edib.

2016-cı il sentyabrın 8-də isə Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərova 9 il həbs cəzası kəsib. Keçmiş müstəntiq ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG