Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 12:24

Rusiya xarici işlər nazirinin müavini Grigory Karasin Moldovaya «sərt» cavab veriləcəyini bildirir. Səbəb beş rusiyalı diplomatın Kişinyovdan çıxarılmasıdır.

«Cavab mütləq olacaq və kifayət qədər sərt olacaq», – o, mayın 29-da bildirib.

Kişinyov bazar ertəsi beş diplomatı «persona non qrata» elan edib və onlara ölkədən çıxmağa 72 saat vaxt qoyub.

«Bu, kobud provokasiyadır, Rusiyayla münasibətlərin normallaşmasına çağıran prezidenti Igor Dodon-un başçılıq etdiyi qüvvələrə zərbədir», – Karasin Moskvada xəbər agentliklərinə bildirib.

Bu arada Moldovanın rusiyapərəst prezidentiylə qərbyönlü hökumət arasında gərginlik yaşanır.

Daha öncə yayılmış məlumatlara görə, keçmiş moldovalı deputat dövlət sirlərini Rusiya səfirliyinin attaşesinə ötürüb. Keçmiş deputat Yury Bolbochan martda saxlanıb və ona vətənə xəyanət ittihamı irəli sürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG