Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya səfər edib.
Bu haqda mayın 29-u Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Xəbərdə bildirilir ki, nazir səfər çərçivəsində Kolumbiyanın xarici işlər naziri María Ángela Holguín və digər rəsmi şəxslərlə görüşəcək.
E.Məmmədyarovun nazirlər səviyyəsində Azərbaycan-Kolumbiya arasında siyasi məsləhətləşmələrə qatılacağı, mədəniyyət sahəsində əməkdaşlıq sazişini imzalayacağı bildirilir.
Səfər proqramına iki ölkənin şairlərinin yaradıcılığından ibarət «Azərbaycan - Kolumbiya: İyirmi şeir» kitabının təqdimatı da daxildir.