Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 00:45

Polis 'Sərhəd-sipər' əməliyyatına başladı


Sərhəd

Bu gün, mayın 29-da Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarında əməliyyat-axtarış və profilaktik tədbirlərə start verilib. Tədbir «Sərhəd-Sipər» şərti adı altında keçirilir.

Əməliyyatlar Quba, Qax, Şəki, Oğuz, Qusar, Xaçmaz, Balakən, Zaqatala və Qəbələ rayonlarını əhatə edir.

Tədbirin keçirilməsində əsas məqsədin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların necə yerinə yetirildiyini öyrənmək, hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn vəsaitlərin qarşısını almaq olduğu bildirilir.

«Sərhəd-Sipər» əməliyyatları Azərbaycanla Rusiyanın daxili işlər nazirlərinin qarşılıqlı razılaşmasına əsasən həyata keçirilir.

Əməliyyat-axtarış və profilaktik tədbirlər iyunun 4-də başa çatacaq.

XS
SM
MD
LG