Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 12:56

Artilleriya birləşmələrinin təlimləri keçirilir


Müdafiə Nazirliyi

Raket və artilleriya birləşmələrinin vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təlimlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyinin mayın 29-u yaydığı məlumatda bildirilir.

Təlimlər Silahlı Qüvvələrin 2017-cı il üzrə hazırlıq planına uyğun təşkil edilib.

«Təlimlərdə artilleriya bölmələrinin marşı icra etməsi, cəmləşmə rayonlarına çıxarılması, qərarların qəbul olunması, gizliliyə riayət etməklə atəş mövqelərinin tutulması, yerdəyişmə və digər tapşırıqlar yerinə yetirilir.

Praktiki döyüş atışlarının dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən, atəşin korrektə edilməsindən ötrü isə pilotsuz uçuş aparatlarından istifadə edilir»,-deyə məlumatda bildirilir.

Təlimlərin nə vaxt başa çatacağı bildirilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG