Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 08:54

ABŞ-ın Massaçusets ştatının Hyannis şəhərində prezident John F. Kennedy-nin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilir.

1963-cü ildə qətlə yetirilmiş Kennedy-nin mayın 29-da 100 yaşı tamam olacaqdı.

Mayın 29-da Müqəddəs Fransisk Ksaveri kilsəsində, JFK memorialında anım tədbirləri keçiriləcək.

Kennedy-nin valideynləri, Rose və Joe Kennedy Hyannisdə yaşayıblar. Elə onun özü, qardaşı Robert F.Kennedy də buranın sakinləri olublar. Senator, baş prokuror və prezidentliyə namizəd olan qardaşı 1968-ci ildə qətlə yetirilib.

John F.Kennedy Hyannis muzeyində «100 yaşlı JFK: Həyatı və İrsi» adlı sərgi də təşkil olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG