Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 11:35

İsraillilər Fələstin dövlətini dəstəkləyirlər


Fələstində antiisrail qarşıdurması

Mayın 27-də minlərlə israilli Fələstin dövlətinin yaradılmasına dəstək yürüşünə çıxıblar. Onlar “İki Dövlət, Bir Ümid” şüarını qaldırıblar.

Tədbirin təşkilatçısı olan QHT rəhbəri Avi Buskila deyib ki, yürüşə çıxanlar “işğal, zorakılıq və irqçilik yayan hökumətin heç bir ümid verməməsinə” etiraz edirlər.

Buna da bax:​ Donald Trump İsrail-Fələstin danışıqlarında vasitəçiliyə hazır olduğunu deyir

Yürüşün Fələstin torpağının İsrail tərəfindən işğalının 50 illiyi münasibətiylə təşkil olunduğu bildirilir.

Etirazçılara mesajında Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas deyib ki, “harmoniya, təhlükəsizlik və sabitlik şəraitində yaşamaq vaxtıdır”.

İsrailin müxalifətdə olan Əmək Partiyasının lideri Isaac Herzog yürüşə qatılıb.

Buna da bax:​ 'İsrail-Fələstin sülh planını yenidən başladaq'

50 il öncə İsrail İordan çayının qərb sahilini və Şərqi Qüdsü tutub. Bu, ərəb ölkələriylə altı günlük müharibə nəticəsində baş verib. Daha sonra Şərqi Qüdsü ilhaq edib ki, beynəlxalq ictimaiyyət onun bu addımını tanımayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG