Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 19:57

Mədət Quliyev: “Casuslar var, biz onları zərərsizləşdiririk”


Mədət Quliyev

“Azərbaycanda başqa dövlətlərin maraqları çoxdur. Təbii ki, burada casuslar da var. Ancaq biz onları zərərsizləşdiririk”.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev mayın 27-də jurnalistlərə açıqlamasında belə deyib.

DTX rəisi bu günlərdə hüquq mühafizə qurumlarının casus şəbəkəsinin aşkarlanması barədə açıqlamasının üzərində dayanıb.

“Casus şəbəkəsi ilə bağlı məlumatları biz Müdafiə Nazirliyinə vermişik. Ancaq bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi ölkə başçısının tapşırığı ilə həyata keçirib”, DTX rəisi qeyd edib.

M.Quliyev məhbus ölümləri məsələsi ilə bağlı da fikirlərini jurnalistlərə bölüşüb. O, Azərbaycanda bu sahədə durumun başqa ölkələrdən pis olmadığını ifadə edib.

“Digər dövlətlərin penitensiar müəssisələrdə məhkumlar arasında ölüm halları Azərbaycandakından az deyil. Məhkumlar arasında ölüm hallarının olması onlara xüsusi təzyiqlərin göstərilməsi ilə bağlı deyil. Belə hallar təcridxanalardan kənarda da olur. Məhkum təcrid olunur, müəyyən imkanlar onların əlindən alınır. Amma yenə də deyirəm ki, ölüm halları bütün penitensiar müəssisələrdə olur”, M.Quliyev bildirib.

XATIRLATMA

Baş Prokurorluq, müdafiə, daxili işlər nazirlikləri və Dövlət Təhlükəsizliyi Xidməti bu ayın əvvəlində birgə bəyanat yaymışdılar. Həmin bəyanatda yazılırdı ki, ölkənin suverenliyi, dövlət təhlükəsizliyi zərərinə olaraq xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub.

Rəsmi bəyanata görə, adları açıqlanmayan həmin şəxslər maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə edərək Ermənistan tərəfinə ötürüblər.

Bəyanatda mayın 3-də Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlandığı, ibtidai istintaqın aparıldığı vurğulanırdı.

Sonradan bəzi KİV-lərdə həmin həbs edilən şəxslərdən dördünün müəmmalı şəkildə ölməsi ilə bağlı məlumatlar yayıldı. Ancaq həmin məlumatlar rəsmən təsdiqlənmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG