Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:12

Həbsdəki bloqqer Alexander Lapshin-in cinayət işi üzrə ibtidai istintaq artıq, başa çatıb.

Bu barədə onun vəkili Eduard Chernin bildirib.

Vəkilin sözlərinə görə, qarşıdakı günlərdə müdafiə tərəfi iş materialları ilə tanış olmağa başlayacaq.

O, ehtimal edir ki, məhkəmə prosesi iyunun sonlarında başlaya bilər.

Həbsdəki bloqqerin sağlıq durumuna gəlincə, vəkil deyib ki, müdafiə etdiyi şəxs taxikardiyadan ( ürək döyüntülərinin artması) şikayət edir.

“Hələ də tibb məntəqəsindədir, ancaq hazırda bir az yaxşıdır”, vəkil bildirib.

Rusiya, Ukrayna və İsrail vətəndaşı olan Alexander Lapshin Azərbaycanın işğal edilmiş ərazilərini qanunsuz keçdiyinə və ölkənin ərazi bütövlüyünə qarşı çağırışlara görə cinayət məsuliyyətinə cəlb edilib.

2016-cı ilin sonunda Belarusda saxlanılıb. 2017-ci il fevralın 7-də Azərbaycana ekstradisiya edilib. İttihamlar təsdiqlənərsə onu bir neçə il həbs cəzası gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG