Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:39

“Biz Gözəl Bayramlının həbsdən narahatıq”


Gözəl Bayramlı

"ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının həbsi barədə məlumatdan narahatdır"

Bunu ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən rəsmi nümayəndəsi “Turan” İnformasiya Agentliyinin müxbiri ilə söhbətində bildirib.

"Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə G. Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığını gerçəkləşdirdiyinə görə, həbs olunan hər kəsi azad etməyə çağırırıq. Biz dinc siyasi iştirak üçün şəraitin yaradılmasını istəyirik ", deyə o əlavə edib.

Mayın 25-i axşam saatlarında AXCP sədrinin müavini G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidməti (DSX)mayın 26-da Gözəl Bayramlının saxlanması ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 25-i G.Bayramlı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanıb:

“Gözəl Bayramova özünü şübhəli apardığına görə, əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb”.

Gözəl Bayramlı isə məhkəmədə bildirib ki, həmin pulu hüquq-mühafizə əməkdaşlarının özləri onun əşyalarının arasına atıblar.

Bu onun siyasi fəaliyyəti ilə bağlıdır.

Mayın 26-sı gecə saatlarında Səbail Rayon Məhkəməsinin qərarı ilə Gözəl Bayramlı haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

AXCP sədrinin müavini məhkəməyə qədər azı 3 ay həbsdə qalacaq. Bu məhkəmədə də ittihamın sübuta yetirildiyi bəyan edilərsə, ona 5 ilə kimi həbs cəzası verilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG