Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:54

Donald Trump: ‘Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır’


Donald Trump, 26 May, 2017

“Həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.

ABŞ prezidenti Donald C. Trump-ın 28 May - Respublika Günü münasibətilə prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda belə yazır.

ABŞ prezidenti həmkarını və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Buna da bax:​ Monteneqronun baş naziri Trumpın onu itələməsindən inciməyib

“Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmlə mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq. Təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”, ABŞ prezidenti vurğulayıb.

O, əlavə edib ki, Azərbaycan Avropadan ötrü yeni enerji mənbəyidir.

“Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. ABŞ eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”, məktubda yazılır.

Buna da bax:​ FTB Trump-ın kürəkəninin Rusiya əlaqələrini araşdırır

99 il bundan öncə mayın 28-i Şərqdə ilk demokratik ölkə kimi dəyərləndirilən Azərbaycan Cümhuriyyəti qurulub.

Cəmi 23 ay hökm sürən Azərbaycan Cümhuriyyətinə 1920-ci il aprelin 28-də Rusiyadan gələn XI Qızıl Ordunun işğalı ilə son qoyulub. Azərbaycan birdə müstəqilliyini 1991-ci il oktyabrın 18-də bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG