Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:00

Monteneqronun baş naziri Trumpın onu itələməsindən inciməyib


Brüssel, 25 may 2017
Brüssel, 25 may 2017

Monteneqronun baş naziri Dushko Markovich ABŞ prezidenti Donald Trumpla aralarında yaşanan olayla bağlı açıqlama verib. Söhbət Brüsseldə NATO liderlərinin görüşündə fotosessiya çəkilən zaman baş verən olaydan gedir.

Sosial şəbəkələrdə geniş yayılmış videoda açıq-aşkar görünür ki, Tramp Markovich-i itələyərək özü önə keçir ki, fotoda ön planda olsun.

Bu olay sosial şəbəkələrlə yanaşı mətbuatın da diqqətindən yan keçməyib. «Görünür Trump heç kəsin kölgəsi olmaq istəmir» - Monteneqronun yerli qəzetlərindən biri – «Vijesti” qəzeti belə yazır. Bəzi balkan dərgiləri isə Trumpın seçkiöncəsi şüarını xatırladır: “Amerika birincidir”.

Ağ Evdən bildiriblər ki, kollektiv fotoda hər kəsin yeri əvvəlcədən bəlli idi və ABŞ prezidenti sadəcə öz yerini tutub. Daha sonra isə Monteneqronun baş naziri bildirib ki, sosial şəbəkələrdəki reaksiyalar onu təəccübləndirib, çünki o özü sözügedən olaya önəm verməyib.

“Mən buna həqiqətən də önəm vermədim, sonradan sosial şəbəkələrdəki reaksiyanı gördüm” - deyə Markovich bildirib. Bu, Markovichin qatıldığı ilk NATO sammiti idi. “Aydındır ki, bu tamamiləpis niyyətli hərəkət deyildi və mən burada başqa heç nə görmürəm. ABŞ prezidenti üçün öndə olmaq təbii haldır” – deyə Markovich əlavə edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG