Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 20:10

“Fərman Ceyranlı “Lanset” klinikasinin təsisçilərindən biridir. O, sözügedən klinikada baş həkim vəzifəsində çalışmayıb. Fərman Ceyranlı məhkəmə prosesi müddətində təxminən iki aylığa saxlanıb”.

Cərrah Fərman Ceyranlının Gürcüstanda həbs olunması ilə bağlı ailəsinin yaydığı açıqlanmada belə yazılır. Açıqlamanı cərrahın qızı Lalə Hüseynli mediaya paylaşıb.

Orada vurğulanır ki, F.Ceyranlının saxlanılması 2016-cı ilin aprel aylarında qaraciyər köçürülməsi əməliyyatı ilə bağlı olub:

Buna da bax:​ Fərman Ceyranlı həbs edilib

“Xəstə əməliyyat sonrası 10 gün müddətində yaşayıb. Bədəni transplantant olunan orqanı qəbul etmədiyi üçün xəstə vəfat edib. Orqan verən donor hazırda sağlamdır”.

Ailəsi bildirir ki, onda “Lanset” klinikasının orqan köçürmə əməliyyatlarından ötrü lisenziyası mövcud olub. Ancaq əməliyyat aparan həkim Mircəlal Kaziminin lisenziya müddəti bitib.

Ailəsinin bildirməsinə görə, bunun yoxlanılması və əməliyyata icazə verilməsi F. Ceyranlının səlahiyyətinə aid olmayıb.

Açıqlamada hazırda araşdırmaların davam etdiyi bildirilir

Buna da bax:​ «Lanset» özəl klinikasının baş həkimi və daha iki əməkdaşı saxlanılıb

XATIRLATMA

Fərman Ceyranlı barəsində mayın 23-ü Tbilisi şəhər Məhkəməsinin qərarı ilə iki aylıq həbs-qətimkan tədbiri seçilib.

F.Ceyranlının Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunduğu bildirilir. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə şübhəli sayılır.

Ancaq onun Azərbaycan rəsmilərinin istəyi ilə həbs edildiyini düşünənlər də var. Belə fikirlərə, indiyə kimi nə Azərbaycanın, nə də Gürcüstanın hüquq mühafizə orqanları münasibət bildiriblər.

Fərman Ceyranlı əslən Gürcüstandandır. O, 1980-ci ildə Bakıda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

Buna da bax:​ Xaricdən həkim dəvət edən klinikalara qarşı tədbirlər görüləcək

Həmin vaxtdan 1 saylı Tbilisi şəhər Klinik Xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.

F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.

O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lanset» klinikasının yaradıcılarından biri olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG