Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 12:57

Ramzan Kadyrov məktəblərdə "son zəng" keçirməməyi təklif edib


Ramzan Kadyrov

Çeçenistan lideri Ramzan Kadyrov məktəblərdə buraxılışı gecələri keçirməməyi təklif edib.

Bu barədə mayın 24-də RİA Novosti məlumat verir.

Kadyrov bildirib ki, xüsusilə məktəblərdə “son zəng”-buraxılış gecəsi üçün pul yığılmasına son qoymaq lazımdır.

Çeçenistan lideri bunu respublikanın təhsil və elm naziri İsmayıl Bayxanovla görüşdə təklif edib.

“Məktəblərdə bu cür tədbirlərdən qaçmağı təklif eləmişəm.Valideyinlər bunu özləri bildiyi kimi təşkil edə bilərlər. Respublikada buraxılış gecələrini qeyd etmək istəyənlər üçün müxtəlif şadlıq evləri, kafe və restoranlar var” Kadyrov özünün instagram səhifəsində yazıb.

O qeyd edib ki, buraxılış gecələrinin keçirilməsi ilə bağlı qərarı valideyinlər komitəsi verəcək, amma məktəblərdə bunun üçün pul yığılmamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG