Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 10:18

Bəhreyndə ölənlər və saxlananlar var


Bəhreyndə şiə etirazçılarla polisin toqquşması. Fevral 2017

Bəhreyndə mayın 23-də keçirilən etiraz aksiyasında azı 5 nəfər ölüb, yüzlərlə saxlanan var. Polis krallığın aparıcı şiə ruhanisini dəstəkləyən etirazçıların oturaq aksiyasını dağıdıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis Dirazda 300-dək etirazçını saxlayıb. Onlar Bəhreynin çoxluq təşkil edən şiə icmasının rəhbəri Isa Qassim-in evinin qarşısında aksiya keçiriblər.

İnsan haqları qrupları dinc etirazçıların belə qəddarlıqla dağıdılmasını pisləyiblər. İranın xarici işlər naziri Mohammad Javad Zarif isə bunu ABŞ prezidenti Donald Trump-ın Səudiyyə Ərəbistanında «despotlarla yaxınlaşmasının ilk konkret nəticəsi» adlandırıb.

Trump ötən həftəsonu Ər-Riyadda keçirilən sammitdə Bəhreyn kralı Hamad bin Isa al-Khalifa ilə görüşmüşdü.

Bəhreyn ABŞ-ın əsas müttəfiqlərindən biridir. Ancaq keçmiş prezident Barack Obama administrasiyası Manamanı insan haqlarının durumuna görə tez-tez danlayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG