Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:03

Yağış yağacaq, dolu düşəcək


Yağış

Mayın 23-ü Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 14-17, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da bir elə yağıntı gözlənilmir. Ancaq şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimal edilir. Gecə 12-17, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdarlıq edir ki, mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq, 25-i gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG