Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 22:30

Türkiyədə saxlanan azərbaycanlı 2 yaraqlını ələ verdi


Foto arxiv

Türkiyə polisi paytaxt Ankarada terror aktına hazırlaşmaqda şübhəli bilinən 2 nəfəri güllələyib.

Onların “İslam dövləti” qrupunun üzvləri olduqları güman edilir.

Bu barədə mayın 21-də “Anadolu” agentliyi regional vali Erkan Topaca-ya istinadla xəbər verir.

Onlar reyd zamanı polislə atışmada öldürülüblər.

Qubernatorun sözlərinə görə, onların yerini “İslam dövləti” qrupunun üzvü olmaqda şübhəli bilinən bir azərbaycanlı ifadə verərkən deyib.

Həmin azərbaycanlının özü isə İstanbulda tutulub.

Amma mənbə hələlik ad çəkmir.

Qubernatorun məlumatına görə, reyd zamanı şübhəlilər polisə birinci atəş açıblar.

Onlar zərərsizləşdirildikdən sonra silah və əl qumbaraları aşkar edilib.

Son 18 ay ərzində Türkiyədə terror hücumlarının artdığı müşahidə olunur və bu hücumların arxasında adətən “İslam dövləti” qrupu və ya kürd yaraqlıları durur.

İstanbul, Ankara və Qaziantepdə törədilən terror aktlarında yüzlərlə adam ölüb.

Türkiyə ordusu hazırda Suriya ərazisində “İslam dövləti” qrupu və kürd birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirir.

Ankara dəfələrlə bəyan edib ki, məqsəd Suriya ilə sərhəd bölgəsini yaraqlılardan təmizləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG