Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 17:46

Oqtay Əsədov Türkiyəyə gedir


Oqtay Əsədov

Milli Məclisin Sədri Oqtay Əsədov mayın 21-dən 23-ə kimi
Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olacaq.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Oqtay Əsədov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak edəcək.
Tədbirdə Qara dəniz regionunda bugünkü vəziyyət, terrorizmlə mübarizə, quruma üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsi və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılacaq.
Səfər çərçivəsində parlamentin sədri Oqtay Əsədovun toplantıda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Xatırlatma

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci il iyunun 25-də İstanbulda yaradılıb . Təşkilatı 11 ölkə - Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya , Türkiyə və Ukrayna formalaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG