Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:24

Pxenyan kiberhücumla əlaqəsi olmadığını deyir


WannaCry virusu

Şimali Koreya mayın 19-da ötən həftəsonu törədilmiş qlobal kiberhücumlarla əlaqəsi olmadığını bildirib. Həmin hücumlara 150 ölkədə 200 mindən çox kompüter məruz qalmışdı.

Kompüterlər WannaCry virusuna yoluxdurmuş, istifadəçilərdən bitkoynla ödəniş tələb olunmuşdu.

Buna da bax:​ Kiberhücumun Pxenyana bağlılığının izinə düşüblər

Bir neçə kibertəhlükəsizlik şirkəti bildirirdi ki, bu hücumlarda istifadə olunan kodlar nə vaxtsa Şimali Koreyayla əlaqələndirilən hücumlardakıyla eynidir.

Şimali Koreyanın BMT-dəki səfirinin köməkçisi Kim In-Ryong jurnalistlərə deyib ki, bu iddialar “gülüncdür” və onların arxasında Vaşinqtonla Seul durur.

Elə bəzi kompüter ekspertləri də sual edirdilər ki, Şimali Koreya iki yaxın strateji tərəfdaşı olan Çin və Rusiyaya niyə haker hücumu etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG