Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:19

Kiberhücumun Pxenyana bağlılığının izinə düşüblər


150 ölkədə 300 min kompüter hücuma məruz qalıb.
150 ölkədə 300 min kompüter hücuma məruz qalıb.

Kibertəhlükəsizlik şirkətləri ötən həftəsonu baş vermiş reket kiberhücumunun Şimali Koreyaya bağlılığına dair bəzi detallar tapıblar. Dünyanın 150 ölkəsində 300 min kompüter həmin hücuma məruz qalmışdı.

«Sympantec»«Kaspersky Lab» təhlükəsizlik şirkətləri mayın 15-də bildiriblər ki, hücumlarda istifadə olunan «WannaCry» reket proqramı daha öncə «Lazarus» qrupu tərəfindən yayılmış virusla eyni koda malikdir. Həmin qrup 2014-cü ildə «Sony» şirkətinə haker hücumunun arxasında dururdu. Həmin hücuma görə Şimali Koreya ittiham olunurdu.

«Bu, indiyədək «WannaCry»nın mənşəyinə dair tapdığımız ən yaxşı açardır», – «Kaspersky»nin tədqiqatçıları deyib.

BAĞLANTILAR ZƏİFDİR

Amma ola da bilsin ki, kodu, sadəcə, «Lazarus»dan kopyalayıb götürüblər, yəni elə bir birbaşa bağlılıq yoxdur. Şirkətlər belə deyir.

«Symantec»in bildirməsinə görə, «WannaCry» və «Lazarus» oxşarlıqları «hələlik zəif bağlantılardır» və daha güclü bağlantıların aşkarlanmasından ötrü araşdırmalar davam edir.

İsrailin «Intezer Labs» təhlükəsizlik şirkəti də bu hücumun arxasında Şimali Koreyanın durması versiyasıyla razılaşdığını bildirir.

«WannaCry» virusu ötən həftəsonu dünyada bir sıra kompüter sistemlərini iflic etməklə zavodların, bankların, dövlət idarələrinin, nəqliyyat sistemlərinin işində problemlər yaradıb.

Haker
Haker

Virus daha çox «Microsoft Windows»un daha köhnə versiyalarından istifadə edən kompüterləri vurub.

Mayın 15-də dalğa artıq zəifləyib. Bircə Çindən məlumatlar gəlib, nəqliyyat polisi və məktəblər hücuma məruz qaldıqlarını bildiriblər.

ARAŞDIRMALAR GEDİR

Şimali Koreyayla bağlantılara dair dəliləri Vaşinqton da daxil, bir sıra ölkələrin hüquq-mühafizə orqanları araşdıracaq.

ABŞ prezidenti Donald Trump-ın daxili təhlükəsizlik müşaviri mayın 15-də deyib ki, hücuma görə həm xarici dövlətlərdən, həm də kibercinayətkarlardan şübhələnirlər.

ABŞ və Avropanın təhlükəsizlik rəsmilərinin «Reuters» xəbər agentliyinə bildirməsinə görə, hücumların arxasında kimin durduğunu söyləmək tezdir, amma onlar Şimali Koreyanı da şübhəli kimi çıxdaş etmirlər.

AzadlıqRadiosu yazır ki, Şimali Koreyanın belə bir irimiqyaslı qlobal hücum gerçəkləşdirməsinə motivləri ola bilər. Çünki iqtisadiyyatı BMT-nin sanksiyaları altında əzilir. Di gəl, Pxenyan nüvə bombaları və ballistik raket sınaqlarından da əl çəkmir.

Elə sonuncu sınaq mayın 14-də keçirilib və BMT-nin Təhlükəsizlik Şurası bu hərəkəti pisləyib.

PUL QAZANMAQ, YOXSA...

Hələlik, son kiberhücumun təşkilatçıları çox az pul toplaya biliblər – 70 min dollardan da az. Bunu Trump-ın daxili təhlükəsizlik müşaviri Tom Bossert deyib. İstifadəçilər kompüterlərinə çıxışı əldə etmək üçün pulu ödəməyə razılaşırlar.

Amma bəzi ekspertlər belə bir hücumun motivinin pul qazanmaq olmasına inanmırlar. Onların fikrincə, əsas niyyət ziyan vurmaq olub.

Çexiyanın «Avast» təhlükəsizlik şirkətinin məlumatına görə, «WannaCry» daha çox Rusiya, Tayvan, Ukrayna, Hindistana ziyan vurub.

T.Bossert hücumların Birləşmiş Ştatlardan təşkil olunmasına dair Rusiya prezidenti Vladimir Putin və digərlərinin iddialarını rədd edib.

XS
SM
MD
LG