Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 07:30

'Yunusların təqibinə son qoyulsun' - Bəyanat


L.Yunus və A.Yunus

«Bakı Apellyasiya Məhkəməsinin qərarı Leyla və Arif Yunusun həyat və sağlamlığına ciddi risk yardır».

Hollandiyada yerləşən Hüquq Müdafiəçilərinin Hüquqlarının Müdafiəsi Rəsədxanası və onun tərəfdaşı - İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının Yunusların məhkəməyə məcburi gətirilməsi barədə qərar ilə bağlı bəyanatında belə deyilir.

Bəyanatda vurğulanır ki, Yunusların Azərbaycana qayıtdıqdan sonra yenidən həbs ediləcəyini düşünməyə əsaslar var.

Hər iki qurum Hollandiya hökumətini bu ölkədə olan Leyla və Arif Yunusun Bakıya məcburi gətirilməsi haqqında qərarla bağlı rəsmi Bakıya təsir göstərməyə səsləyib.

«İlk həbsdən sonra onların hər ikisinin sağlamlığına ciddi şəkildə ziyan dəyib və hazırda onlar Hollandiyada tibbi müalicə alırlar», - bəyanatda bildirilir.

Bəyanat müəllifləri Yunusların təqibinə son qoyulmasını istəyirlər. Onlar həmçinin, Hollandiya hökumətini Azərbaycan prezidentinin adına Yunusların təqibinə son qoymaq istəyi ilə bağlı məktub göndərilməsinə səsləyiblər.

XATIRLATMA

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus 2014-cü ilin yayında həbs olunublar. Onlar vergidən yayınma və başqa iqtisadi cinayətlərdə ittiham ediliblər. Hüquq müdafiəçiləri ittihamları qəbul etməyiblər.

2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi L.Yunusu 8 il 6 ay, A.Yunusu isə 7 il azadlıqdan məhrum edib.

2015-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, şərti cəza ilə onları həbsdən buraxıb. Ötən il aprelin 19-da cütlük müalicə məqsədilə Azərbaycanı tərk edib. Bundan sonra L.Yunus Azərbaycanda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırovun, bəzi başqa dindarların və siyasətçilərin beynəlxalq müdafiəsində yaxından iştirak etməyə başlayıb.

Ötən ilin dekabrında isə Ali Məhkəmə şərti cəza ilə bağlı qərarı ləğv edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Bakı Apellyasiya Məhkəməsi isə bu günlər Leyla və Arif Yunusun məhkəməyə məcburi gətirilməsi haqda qərar çıxarılıb. Qərarı mayın 17-də Bakı Apellyasiya Məhkəməsində Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG